\"Suriyadakı kimyəvi hücuma görə Rusiya məsuliyyət daşıyır\" – Dövlət Departamenti

\
ABŞ Suriya hakimiyyətini kimyəvi silahdan istifadədə ittiham edərək, baş verənlər görə məsuliyyəti Rusiyanın boynuna qoyub.

Sfera.az xəbər verir ki, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının hesabatından sonra Dövlət Departamentində bu qərara gəliblər. 

"2013-cü ildə Suriyanın kimyəvi silah ehtiyatlarının məhv edilməsinə təminat verən Rusiya onun sonrakı istifadəsinə görə məsuliyyət daşıyır” – Dövlət Departamentinin bəyanatında belə deyilir.

Rusiya Müdafiə nazirliyi isə KSQT missiyasının nəticələrini əsassız sayır.

Qeyd edək ki, təşkilatın dərc etdiyi hesabatda Sarakib rayonunda xlor qazından istifadə ehtimalı öz əksini tapmışdı. İçində bu maddənin olduğu iki balonu tədqiq edən və şahid ifadələrinə əsaslanan ekspertlər bu qənaətə gəliblər. 
 
Rəsul
Sfera.az



OXŞAR XƏBƏRLƏR