Sergey Skripal xəstəxanadan çıxdı

Dünya
14:38 / 18.05.2018
2503
İngiltərənin Solsberi şəhərində zəhərlənmiş Sabiq "QRU” agenti Sergey Skripal evə buraxılıb.
Sfera.az xəbər verir ki, bu barədə "SkyNews” telekanalı məlumat yayıb.
"Fantastik xəbərdir. Sergey Skripal Solsberi xəstəxanasını tərk edəcək qədər özünü yaxşı hiss edir” – xəstəxananın baş həkimi Karı Çarlz-Barks belə deyib.
Sabiq casusun xəstəxanadan hara getdiyi məlum deyil.
Xatırladaq ki, Sergey Skripal və qızı 4 martda Solsberidə koma vəziyyətində tapılmışdı. Rəsmi London Skripal və qızının zəhərlənməsində Rusiyanı ittiham etmişdi.
Rəsul
Sfera.az