Baş nazirin evindən görün nələr çıxdı: milyonlarla pul, ziynət əşyaları... - VİDEO

Baş nazirin evindən görün nələr çıxdı: milyonlarla pul, ziynət əşyaları... - VİDEO
Malayziya polisi ölkənin baş naziri Nacib Razakın müxtəlif yerlərdəki villalarına basqın təşkil edib.

Sfera.az xəbər verir ki, onun evindən içərisində brend məhsullar, zinət əşyaları olan yüzlərlə qutu və milyonlarla pul çıxıb.

Rüşvətxorluqda ittiham olunan baş nazirin dövlət fondundan öz hesabına 700 milyon dollar köçürdüyü də iddia edilir.

Malayziyanın korrupsiyaya qarşı baş idarəsinin müdiri Amar Sinx mətbuata açıqlamasında evdən 284 qutu tapıldığını bildirib:

"Əməkdaşlarımız həmin çantaların içini yoxlayıb və 72 çantada Malayziya Rinqqiti, ABŞ dolları olan nəğd pullar, saatlar və zinət əşyaları olduğu üzə çıxıb. Tam olaraq nə qədər ziynət əşyaşı olduğunu bilmirəm. Çünki miqdarı həddən artıq çoxdur".

Sinx həmçinin çantalar arasında Hermes, Birkin və Louis Vuitton kimi məşhur markaların da olduğunu diqqətə çatdırıb.

Baş nazirin vəkili isə iddiaların gerçəyi əks etdirmədiyini, əslində həmin əşyaların çox da dəyərli olmadığını və baş nazirin nüfuzuna xələl gətirmək üçün edildiyini bildirib.(Qaynarinfo)
 
 



OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...