Oruc tutanda insanın bədənində nələr baş verir? - 8 gündən sonra...

Oruc tutanda insanın bədənində nələr baş verir? - 8 gündən sonra...
Son bir neçə ildir ki, Ramazan Ayı daha isti vaxtlara təsadüf edir. Bu aylarda xüsusən də susuzluğa tab gətirmək çətin olsa da, oruc tutanlar bir möcüzə nəticəsində bu yükü qaldırmış olurlar. 

Maraqlıdır, oruc tutan insanın bədənində hansı dəyişikliklər baş verir? 

Alimlərin araşdırmasına görə insan bədəni 8 gündən sonra oruc tutmağa adət edir. İmsaq bağlandıqdan 8 saat sonra bədəndə qida və mayeyə tələbat yaranır. Havaların isti keçməsi isə tərləməyə və nəticədə bədənin su itirməsinə gətirib çıxarır. Nəticədə suya daha çox tələbat yaranır. Bu zaman piy və qlükoza ehtiyatı su və qidaya olan ehtiyacımızı önləməkdə kömək olur.
 
8 saat keçdikdən sonra belə bədəndəki qlükoza ehtiyatı aclığa tab gətirməyimizə yardımçı olur. Oruc tutarkən bədən təmizlənir, piylər əriyir. Yağların əriməsi nəticəsində bədən enerji ilə təmin olunur, dayanıqlılıq artır.
 
Orucluğun 3-7—ci günlərində maye qəbuluna diqqət yetirmək lazımdır.

Bu müddətdə iftar süfrənizi hazırlayarkən diqqətli olun. Çünki bol miqdarda maye qəbul etməlisiniz. Duz və zülal qəbuluna da diqqət etmək lazımdır.  
Orucluğun 8-15-ci günlərində bədən oruca öyrəşir.

Orucluğun 8-i günü artıq oruc tutan şəxslər əsas çətinlikləri geridə qoymuş olacaqlar. Orucluğun 8-15-ci günlərində bədən oruca adət etdiyi üçün öz funksiyasını daha yaxşı yerinə yetirmiş olacaq. Adi günlərdə daha çox kalori aldığımız üçün zərərli qidaların bədənimizdən xaric edilməsində problemlər yaranır. Lakin orucluq ayında, xüsusən də bu ayın 8-15-ci günlərində bədən təmizlənir, zərərli maddələr bədəndən xaric edilir. 

Orucluğun 16-30-cu günləri detoks zamanı hesab edilir.

Məhz bu günlərdə bağırsaq, böyrək və dəri mikrobları bədəndən xaric olunur. İnsan hafizəsi daha da güclənir və diqqət artır. Həmçinin, bədən yeniləndiyi üçün enerji öncəki günlə müqayisədə daha çox olur. 

Vüsalə 
Sfera.aZ

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...