Ermənistanı yeni etiraz aksiyaları bürüdü

Ermənistanı yeni etiraz aksiyaları bürüdü
Yerevanda  etiraz aksiyaları davam edir.

Sfera.az xəbər verir ki, Baş Prokurorluq qarşısında toplaşan 100-ə yaxın adam baş prokuror Artur Davtyanın istefasını tələb edir.

"Biz baş prokuror Davtyanın qarşımıza çıxmasını və cavab verməsini istəyirik. Niyə o, əvvəlki hakimiyyətlə mübarizə aparan günahsız insanlara qarşı cinayət işi qaldırıb. O, istefaya getməlidir” – hüquq müdafiəçisi Vardqes Qaspsari belə deyib.

Baş Prokurorluq qarşısında 2016-cı ildə Yerevanda polis polkuna hücum etmiş "Sasna srer” silahlı qruplaşmasının və 2017-ci ildə Serj Sarkisyana qarşı sui-qəsddə ittiham olunaraq həbs olunmuş sabiq general Samvel Babayanın da tərəfdarları da yığılıb. 

Rəsul
Sfera.az


OXŞAR XƏBƏRLƏR