“Neftin 80 dollar olması Azərbaycana külli miqdarda qazanc gətirəcək”

“Neftin 80 dollar olması Azərbaycana külli miqdarda qazanc gətirəcək”
"Neftin qiymətinin 80 dollar olması Azərbaycana külli miqdarda mənfəət gətirə bilər”.

Sfera.az xəbər verir ki, bunu "BBC Azərbaycanca”ya enerji məsələləri üzrə təhlilçi İlham Şaban deyib. Onun sözlərinə görə, qiymət bu səviyyədə qalsa, Azərbaycanın gəlirləri ötən illə müqayisədə 9 milyard dollar artar.

2014-cü ildən bəri ilk dəfə neftin qiyməti 80 dolları keçib.

İlham Şaban bu artımın səbəbini geopolitik amillərlər izah edir. Deyir ki, əsas səbəblər İsrailin Qəzza bölgəsini bombalamasından sonra Ərəb liqası xarici işlər nazirlərinin Qahirədə toplanması və ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyilə bağlı yayılan məlumatlardır.
Ekspert, həmçinin ABŞ-ın neft emal zavodlarının iyun ayında təmirə bağlanmasını da səbəb kimi göstərir.

İlham Şaban deyir ki, Azərbaycan hal-hazırda 65000 barel neft ixrac edir.
Onun sözlərinə görə, ötən il neftin orta qiyməti 54 dollar idi və bu, Neft Fonduna 6,3 milyard xalis mənfəət gətirib.
Hazırkı qiymətlə isə bu rəqəm 9 milyard dollara qədər arta bilər.

"Bu, Azərbaycanın ümumi gəlirləri üçün vacib amildir. Xam neftlə müqayisədə qeyri- neft sektoru belə bir gəlir vəd edə bilməz” – deyə İlham Şaban vurğulayıb.
Təhlilçi bununla yanaşı neft qiymətlərinin heç vaxt stabil qalmadığını da qeyd edir.
 
 

OXŞAR XƏBƏRLƏR

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...