"Radikal müxalifət bəzi beynəlxalq siyasi dairələrin əlində alətə çevrilib"

Radikal müxalifət bəzi beynəlxalq siyasi dairələrin əlində alətə çevrilib.
 
Bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

E.Nəsirovun sözlərinə görə, Əli Kərimli, Emin Milli, Sevinc Osmanqızı, Xədicə İsmayıl, Natiq Adilov və digərləri həmin dairələr tərəfindən bir əlcək kimi istifadə olunub kənara atılır:

"Həmin şəxslər bunu dərk edəndə artıq bir-birilərini ittiham etməyə başlayırlar. Onda da başlayırlar ağalarına qarşı ittiham irəli sürməyə. Onlar siyasi dairələrin maliyyə dəstəyi ilə Azərbaycana qarşı qarayaxma kampaniyası apardılar, lakin gördülər ki, bunun heç bir nəticəsi yoxdur və özlərinin hansı səviyyədə olduqlarını, necə alətə çevrildiklərini başa düşdülər. Bundan sonra da öz aralarında bir-birinin paxırını açırlar. Beynəlxalq dairələr onların pulunu kəsən kimi onlarda bir məyusluq yaranır, bir-birilərini təhqir edirlər. Bu şəxslər həmişə belə qalacaq".

Millət vəkili qeyd edib ki, bəzi siyasi qüvvələr radikal müxalifətin bu ünsürlərindən yalnız beynəlxalq tədbirlər çərçivəsində müvəqqəti istifadə edir: "Həmin qüvvələr bu ərəfədə geniş maliyyə vəsaiti xərcləyərək onlardan Azərbaycana qarşı istifadə edirlər. İstifadə edilən vaxtlarda həmin ünsürlər maliyyə vəsaitinə görə bir-biriləri ilə mehriban olurlar. Elə ki, həmin qüvvələrə bu şəxslər lazım olmur, onları süpürüb kənara atırlar.
 
Siyasi qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyasına fasilə verən kimi, bu şəxslər arasında bir-birinə qarşı ittihamlar başlanır. Əslində, bu proses onların əsl mahiyyətini, kim olduqlarını üzə çıxarır. Bu cür ünsürlərə də Azərbaycanda yer yoxdur. Onların əsl mahiyyəti alət olmaqdır. Azərbaycan ictimaiyyəti də bunu çox gözəl bilir".
 

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...