Milli Məclis Səməd Seyidovla bağlı AŞPA-ya etiraz edəcək

Milli Məclis Səməd Seyidovla bağlı AŞPA-ya etiraz edəcək
Mayın 18-də Milli Məclisin plenar iclası keçiriləcək. 

Sfera.az-ın əldə etdiyi məlumata görə, iclasda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Səməd Seyidov başda olmaqla 4 deputatın mandatının dondurulması barədə qəbul etdiyi qərara etiraz bəyanatının qəbul edilməsi gözlənilir. 

İclasın gündəliyinə 10 məsələ daxil edilsə də, ancaq millət vəkilləri Səməd Seyidovla bağlı AŞPA-ya etiraz çıxışları edəcək. 

Orxan Bəşirov
Sfera.az

OXŞAR XƏBƏRLƏR