Bu universitetdə plan yerləri azaldıldı

Bu universitetdə plan yerləri azaldıldı
2018-2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə qəbul planı ötən illə müqayisədə təxminən 2303 yer (5,37 %) artıb.

Sfera.az bildirir ki, bunu jurnalistlərə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, yeni tədris ili üzrə ali məktəblər üçün 45 159 yer ayrılıb.

M.Abbaszadə qeyd edib ki, ixtisas qrupları üzrə artım müxtəlifdir. I ixtisas qrupunda plan yerlərinin sayı 4 %, II qrupda 3,5 %, III qrupda 9 %, V qrupda isə 8 % artıb.

Qəbul planında dövlət sifarişli yerlər üzrə plan yerlərinin sayında 1,3 % artım olub. Bu da keçən illə müqayisədə 32 yer artım deməkdir: "Artmanın olması o demək deyil ki, bütün universitetlərdə plan yerlərinin sayı artıb. Misal olaraq, Azərbaycan Tibb Universitetində plan yerlərinin sayı 26 % azalıb. Müəyyən universitetlərdə yeni ixtisaslar açılaraq plan yerlərinin sayı artıb, müəyyən universitetlərdə isə azalıb".

M.Abbaszadə əlavə edib ki, 2017-2018-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə qəbul planı bu yaxınlarda "Abituriyent 4" jurnalında dərc olunacaq.

DİM Direktorlar Şurasının sədri qeyd edib ki, 2018-2019-cu tədris ili üzrə 9 illik bazadan kolleclərə qəbul planı 5 % (572 yer) azalıb, 11 illik orta təhsil bazadan isə qəbul planı ötən ilə nisbətən 21 % artıb.

M.Abbaszadə deyib ki, 11 illik bazadan kolleclərə qəbul üçün 9 687 plan yeri ayrılıb: "Keçən il isə bu rəqəm 8004 idi. Təxminən 1683 yer artıb".

OXŞAR XƏBƏRLƏR

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

İkinci Dünya Müharibəsi zamanı xarici məxfi agentlər tənha bir kottecdə yerləşdirilirdi. Agentlər nəzarət altında, mühafizə olunmurdular, lakin bəzən divarı yar...

KİV: İran İsrailə yeni raket zərbələri endirib

İranın Silahlı Qüvvələri İsrail ərazisinə ballistik raketlər atıb.   Sfera.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. ...

Abraham Linkolnun öldürülməsinin qarşısını ala bilmədiyi üçün ağlını itirdi - FOTO

Birlik ordusunun mayoru Henri Rathbone bütün həyatını günahkar hiss edərək keçirib. O, Abraham Linkolnun qatili Con Uilks Butun qarşısını ala bilmədiyi üçün ağl...

Nasistlərin illərlə işgəncə verib iki dəfə edam etdiyi admiralın dəhşətli hekayəsi

Nasistlərin ən nifrət etdiyi şeylərdən biri vətənə xəyanət idi. Bu səbəbdən Hitlerin sərt idarəçilik tərzinə qarşı çıxan admiral Kanaris ölümü dadsın deyə əvvəl...

Netanyahu: "İki dəfə Trampı öldürmək istəyib"

İran bütün Qərbi təhdid edib və iki dəfə Trampı öldürmək istəyib.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu videomü...

Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım -FOTO

Azərbaycan Prezidenti İlham Əliyev “X”dəki hesabında 15 iyun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaşımı təqdim ...