Nazirliyin təklifinə dəstək: "Bu şəxslərdən vergi alınmalıdır"

İqtisadiyyat
14:00 / 17.05.2018
3575
Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov kriptovalyutaya görə vergiyə cəlb edilmə məsələsindən danışıb. O buna görə fiziki şəxslərin vergi orqanlarında uçota durmasının, VÖEN alaraq dövlət büdcəsinə vergi ödəmələrinin vacibliyini qeyd edib.
Sfera.az-a açıqlama verən Akif Nəsirli də bu fikirləri dəstəkləyib:

"Bir var kritovalyuta ticarəti ilə məşğul olanlar, bir də var ki, onun hasilatı ilə məşğul olanlar. Azərbaycan vətəndaşı olan şəxslər bu işlə, yəni, hasilatla məşğuldursa, vergi ödəməlidir”.
A.Nəsirli bildirib ki, bu cür şəxslərin vergi ödəməsi təklifi varsa, demək ki, Azərbaycanda kriptolvalyuta hasilatçısı var. Lakin onların sayı açqılanmır:
"Sadəcə olaraq onların sayı bizə bəlli deyil. Bu say açıqlanmalıdır”.
A.Nəsirli bildirib ki, vergi tətbiqi ilə bağlı olaraq kriptovalyuta hasilatçısı olan ölkələrin təcrübəsindən istifadə etmək olar:
"Kriptovalyutanın heç bir bank və dövlətə bağlılığı yoxdur. Bunun üçün vergi qanunvericiliyi də yaradılmalıdır. Bu qanunvericiliyi yaradılarkən bir çox ölkələrin təcrübəsindən yararlanmaq olar”.
Nigar Məhərəm
Sfera.az