Paşinyan etiraz aksiyalarını dayandırmağa çağırdı
Dünya
13:03 / 17.05.2018
5583
"Problemləri saf-çürük etmək və həlli yolları ilə məşğul olmaq üçün bizə pauza lazımdır”.
Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərin Yerevanda keçirilən etiraz aksiyaları bağlı sualına cavab verən Ermənistan baş naziri Nikol Paşinyan danışıb.
"İnsanlar öz fikirlərini azad şəkildə ifadə hüququna malikdirlər. Bu bizim üçün normaldır, digər tərəfdən insanlar başa düşməlidirlər ki, bütün problemləri həll etmək mümkün deyil. Onların birdən həll etməyə çalışsaq, hamısını batıracağıq” – Paşinyan belə deyib.
Sfera.az