Kapital Bank-ın dəstəyi ilə keçirilən olimpiadanın qalibləri təltif edildi

Kapital Bank-ın dəstəyi ilə keçirilən olimpiadanın qalibləri təltif edildi
Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq Təhsil Nazirliyinin təşkil etdiyi Respublika Fənn Olimpiadalarının keçirilməsinə dəstək göstərib. Fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə 33 000-dən artıq şagird tədbirdə iştirak edib.

Sfera.az bildirir ki, 15 may 2018-ci il tarixində olimpiadanın qaliblərinin təltif edilməsi mərasimi keçirilib. Tədbirdə Təhsil Naziri Ceyhun Bayramov, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, ali məktəb rektorları, dövlət rəsmiləri, millət vəkilləri, ictimai xadimlər və digər qonaqlar iştirak edirdi.

Olimpiadada hər fənn üzrə olan qaliblərə müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunub. Həmçinin sonda ölkənin güclü şagirdləri "Birincilərin birincisi” nominasiyasında elan edilib.

Qeyd edək ki, təhsil layihələrinə dəstək verən Kapital Bank ötən il Təhsil Nazirliyi ilə birgə bir neçə layihə həyata keçirilib. Yaxın gələcəkdə təhsillə bağlı yeni birgə layihələrin keçirilməsi planlaşdırılır. 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



OXŞAR XƏBƏRLƏR

Rəhman Rəhmanovun şikayətinə- TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...