Bakıda qadın əri tərəfindən şantaj edilir - VİDEO

Bakıda qadın əri tərəfindən şantaj edilir - VİDEO
Kişi həyat yoldaşının şəkillərini sosial şəbəkələrdə yayaraq onu şantaj edir. Milli.Az bildirir ki, belə bir iddia ilə zərərçəkmiş Sona Paşayeva çıxış edir. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı həm də əmisi oğlu YalçınPaşayev şəkillərini ''odnoklasniki'' sosial şəbəkəsində paylaşaraq, onu insanlara əxlaqsız qadın kimi təqdim edir.
Qadının sözlərinə görə, Yalçın Paşayevlə 2009-cu ildə ailə həyatı qursa da, evlilikləri cəmi 8 ay çəkib. O, həyat yoldaşından əkiz oğlan uşağı dünyaya gətirib.Həmin vaxtdan Sona Paşayeva qeydiyyatda olduğu Cəlilabad rayonunun məhkəməsinə müraciət edərək, əmisi oğlu Yalçın Paşayevdən boşanıb. Amma o vaxtdan bu günə qədər qadın bir dəfə də olsun uşaqlarına aliment ala bilməyib.
Məsələ ilə bağlı Yalçın Paşayevlə əlaqə saxladıq. O, qadının şəkillərini paylaşmadığını, ümumiyyətlə bu məsələdən xəbərsiz olduğunu dedi.

Sosial şəbəkə vasitəsilə rüsvay edilən qadın məsələ ilə bağlı paytaxtın Nizami rayon hüquq-mühafizə orqanlarına məlumat verib. /xezerxeber.az
 

 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmədən Ruben Vardanyan barədə YENİ QƏRAR

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar ...

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...