Türkiyəyə istirahətə gedən 5 azərbaycanlı qızı kişilərə satdı
Kriminal
00:42 / 17.05.2018
10306
İnsan alverində ittiham olunan 41 yaşlı Aynur Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
İstintaq orqanı tərəfindən Aynur Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri üzrə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Aynur Məmmədova qeyd edib ki, yüngül həyat tərzi sürən qadınlarla əlaqə saxlamayıb, maddi ehtiyaclarını ödəmək üçün Türkiyənin İğdır şəhərində yerləşən "Göy qurşağı” istirahət mərkəzində qabyuyan işləyib.
Aynur Məmmədova deyib ki, Adilənin bacısını da əxlaqsızlığa məcbur etməyib: "Onlar hamısı bir müddət fahişəliklə məşğul olur, sonra gedirdilər”.
Təqsirləndirilən şəxs əlavə edib ki, İğdırda hamı onu "Səma” deyə müraciət edib.
O, şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb./publika.az