Oğurladıqları qızılı lombarda qoyub pul götürən şəxslər tutuldu

Oğurladıqları qızılı lombarda qoyub pul götürən şəxslər tutuldu
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri ilə yaşayış evindən pul, qızıl-zinət və məişət əşyaları oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə Biləsuvar şəhər sakini Fazil Mənsimov evindən naməlum şəxs və ya şəxslər tərəfindən 4650 manat, 500 dollar pulun və müxtəlif qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət edib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Biləsuvar rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Azər Quliyev və Ramiz Talıblı olduqları müəyyən edilib.
 
Saxlanılaraq istintaqa təhvil verilən hər iki şəxs oğurladıqları qızılları Bakı şəhərində yerləşən lombardlardan birinə qoyub əvəzində pul götürdüklərini bildiriblər. Aparılan araşdırmalarla eyni zamanda Azər Quliyevin daha bir oğurluq törətdiyi məlum olub. Onun rayonun Bağbanlar kəndində yerləşən bir evə pəncərədən gizli daxil olaraq 700 manat dəyərində məişət əşyalarını oğurladığı müəyyən edilib.

Faktlarla bağlı Biləsuvar RPŞ-da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR

Məhkəmədən Ruben Vardanyan barədə YENİ QƏRAR

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar ...

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...