Sürücülər üçün VACİB XƏBƏR: Benzin və dizel bahalaşır?

Sürücülər üçün VACİB XƏBƏR: Benzin və dizel bahalaşır?
Son günlər dünyada baş verən hadisələrin fonunda dollar, neft və neft məhsullarının qiymətində artım müşahidə edilir. Ötən gün Türkiyədə benzin və dizel yanacağının qiyməti qalxıb. 
 
Son olaraq baş verən hadisələr yerli iqtisadiyyata necə təsir edəcək? Azərbaycanda da benzin və dizelin qiymətinin artması gözləniləndirmi?

Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycandan fərqli olaraq Türkyədə benzin və dizelin qiymətinin artması gözlənilən idi:

"Türkiyə benzin və dizel yanacağı idxalından tam asılı olan bir ölkədir. Dünyada neftin qiymətinin qalxması  neft məhsulları qiymətinin artmasına kəskin təsir göstərir. Bununla yanaşı biz lirənin də kəskin ucuzlaşmasını görürük. Artıq 1 dollar 4 lirə yarımdan artıqdır”. 

İqtisadçının sözlərinə görə Azərbaycanda isə bənzər qərar Tarif Şurası tərəfindən verilə bilər:  

"Azərbaycanda isə bu sahədə dövlətin tam nəzarəti var. Bu səbəbdən də yaxın gələcəkdə Azərbaycanda bununla bağlı addımların atılacağını düşünmürəm. Ötən il benzinin qiyməti qalxsa da, dizelin qiyməti sabit qaldı. Hazırda dizel yanacağı ilə "91 markalı” benzinin qiymətində kəskin fərq yaranıb. Azərbaycanda neftayırma zavodları da dizel yanacağının istehsalında maraqlı deyillər. Rəsmi rəqəmlərə görə ötən illə müqayisədə dizel yanacağının istehsalında təxminən 20 faizədək azalma var. Bu mənada deyə bilərik ki, gələcəkdə dizel yanacağının qiyməti arta bilər. Hökumət Tarif Şurasının qərarı ilə dizel yanacağının qiyməti qalxa bilər. Lakin bunun yaxın zamanda baş verəcəyini demək mümkünsüzdür”.


OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...