Bərdədə qatar traktoru vurdu: 3 nəfər xəsarət alıb

Bərdədə qatar traktoru vurdu: 3 nəfər xəsarət alıb
Bərdədə qatar traktoru vurub. 

Sfera.az APA-ya istinadən bildirir ki, hadisə Bərdədə məcburi köçkünlər üçün salınmış qəsəbə ərazisində baş verib.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Xəsarət alanların traktorda olan Bərdə rayonu Nazırlı kənd sakinləri - 1975-ci il təvəllüdlü Bağırov Zabil Vəli oğlu, onun qardaşı, 1969-cu il təvəllüdlü Bağırov Qabil Vəli oğlu və Şatırlı kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Fəxri Tofiq oğlu olduğu bildirilir.
Traktorun sürücüsü olan Z.Bağırovun ayaqları amputasiya olunub.

 

OXŞAR XƏBƏRLƏR