Sabiq futbolçu qəzada öldü

Sabiq futbolçu qəzada öldü
Futbol üzrə Trinidad və Tobaqo milli komandasının sabiq futbolçusu Cey-Lloyd Samuel 37 yaşında dünyasını dəyişib.

İngiltərədə yaşayan oyunçu avtomobil qəzasında vəfat edib. Onun idarə etdiyi "Cip" markalı avtomobil qarşı tərəfdən hərəkət edən maşınla toqquşub.
 
Qeyd edək ki, Cey-Lloyd Samuel İngiltərənin "Aston Villa", "Bolton" klublarında çıxış edib. O, 2015-ci ildə İranın "Peykan" klubunda karyerasını başa vurub./report
 

OXŞAR XƏBƏRLƏR