İRAQ TARİXİNDƏ İLK YAŞANA BİLƏR:Kommmunist Partiyasının baş katibi baş nazirliyə ideal namizəddir - TƏHLİL

İRAQ TARİXİNDƏ İLK YAŞANA BİLƏR:Kommmunist Partiyasının baş katibi baş nazirliyə ideal namizəddir - TƏHLİL
Müqtəda Sədrin dünyəvi qüvvələrlə ittifaqda İraqdakı seçkiyə gətirdiyi dramatik nəticələr müharibədən sonra ölkədə illərdir gözlənilən ən yaxşı xəbərdir.
Deməli, İraq seçicilərinin əhəmiyyətli bir hissəsi kimlik siyasətindən uzaqlaşaraq, çoxmillətli, çoxdinli və çoxmədəniyyətli bir cəmiyyətdə sabitliyin təməlinə qoyulan siyasətə doğru irəliləyir.

Sədrin seçki koalisiyasının qələbəsi Səddamın devrilməsindən sonra siyasi zorakılığın, sünni-şiə gərginliyinin tədricən sönməsini göstərir.
İttifaqın təməli təxminən iki il əvvəl Sədrin İraq Kommunist Partiyası və digər vətəndaş cəmiyyəti qruplarını Bağdadın Təhrir meydanında keçirdiyi korrupsiyaya qarşı etiraz aksiyalarına qoşulmağa çağırışı zamanı qoyulub.
Güclü şiə lideri ilə dünyəvi sol qanad arasında "nikah” ("Sairun” Bloku) başlanğıcda naqolay idi. İki qrup müxtəlif şüarlar və plakatlar daşıyırdı. Onları birləşdirən – neft zəngin İraqın kasıb vətəndaşlarına böyük xidmətlər göstərə bilməyən elitanın arxayınlığına və korrupsiyaya qarşı böyük qəzəb idi.
 
Korrupsiya və arxayınlıq
 
Baş nazir Heydər İbadi seçki kampaniyasını İŞİD-lə mübarizədə hərbi zəfər üzərində qurmuşdu. İraqın köhnə şiə milislərindən olan "Bədr” Təşkilatının lideri Hadi əl-Amiri də müəyyən dərəcədə buna istinad edirdi.
Sədrin ardıcılları İŞİD-in məğlubiyyətindən eyni dərəcədə məmnun olduqları halda, hakim elitanın, xüsusilə də ABŞ-ın dəstəklədiyi əvvəlki baş nazir Nuri əl-Malikinin ölkənin sünni azlığı əleyhinə mövqeyini hədəfə alıb.
Sədrin kommunistlərlə ittifaqı media və diplomatik təhlillərdə "təəccüblü” olaraq təsvir edilir. Lakin onun gücü uzun müddətdə formalaşıb.
Ötən il mənimlə bir müsahibədə – xarici jurnalistlərlə nadir görüşlərindən birində –Sədr seçki kampaniyasının əsasını təşkil edən, kommunistlər və digər dünyəvi qruplarla ortaq mövqelərini vurğulayıb: korrupsiyaya ciddi məhdudiyyət, hökumət postları və maliyyənin bölüşdürülməsində sektoral payların ləğvi, milis dəstələrinin İraq milli ordusu ilə birləşdirilməsi, sərhəd boyunca Suriyaya daxil olan İraq qüvvələrinin və milislərin müdaxiləsinin qarşısının alınması, şiə və sünni dini, siyasi və ictimai liderləri arasında barışıq.
 
İran və ABŞ
 
Hətta bir dəfə o, İŞİD məğlub edildikdən sonra iranlı qüvvələr və amerikalıları İraqdan çıxmaq istədiklərini söyləyib. Sədr amerikalıları – "işğalçılar”, İranlıları "dost qüvvələr” adlandırarkən, kifayət qədər diplomatik idi, ancaq hər iki tərəfin İraqı tərk etməsi mesajı qalırdı.
İbadi və ya Amiri bunu deməyib.
Tehran seçkilədən sonra meydana gələcək hökumətdə Sədrin iştirakına və ya həlledici roluna imkan verməyəcəyini ictimaiyyətə açıqlayıb. İranın dini lideri Ayətullah Əli Xamnəinin müşaviri Əli Əkbər Vilayəti hələ fevral ayında etdiyi şərhdə demişdi: "Biz liberalların və kommunistlərin İraqı idarə etməsinə icazə verməyəcəyik”.

Hökumətin formalaşması indi İraq üçün əsas məsələdir. Seçki ittifaqlarının heç biri açıq bir əksəriyyətə malik olmadığı üçün, bir növ, koalisiyalı hökumət yaradılacaq və bu, ehtimal ki, çox ay çəkəcək.
Riyazi olaraq üçüncü sıradakı İbadi, ikincisi olan Amirinin qüvvələrini birləşdirmək və vahid rəhbərlik meydana gətirmək mümkün olardı, amma İbadinin baş nazir postunu Amiriyə verməsini təsəvvür etmək çətindir.
Həm Vaşinqton, həm də Tehranı təmin edə biləcək və həssas bir tarazlıq olacaq tənlik – İbadinin kürd partiyaları ilə ittifaqda və sabiq baş nazir Ayad Allavi ilə koalisiyasıdır. Lakin 2010-cu ildə federal məhkəmə tərəfindən verilən qərarla baş nazir postu ən çox mandat qazanan tərəfi təmsil edir.
"Sairun” Bloku digər partiyaların dəstəyini ala biləcəkmi?
 
Seçkidən sonrakı alver
 
İbadinin Dava Partiyası və Amirinin "Bədr”i hələ də seçicilərin korrupsiyaya qarşı qəzəbinə biganə qalmağa qərarlıdırlar. Bununla yanaşı, sünni əhalinin deinteqrasiyası təhlükəsi yaranacaq. Onların əksəriyyəti İŞİD qiyamı dövründə evlərini itirib.
"Sairun” sünni əhalinin dəstəyini qazanmağa daha yaxındır. Amma bu blokun baş nazir mütləq İbadinin də daxil olduğu digər güclü rəqiblərlə işləmək məcburiyyətində qalacaq.
Baş nazir postuna ideal namizəd Kommunist Partiyasının baş katibi, tərs xasiyyətli mühəndis, siyasi təcrübəsi olan Riad Fəhmidir. Amma sədrçilər ənənəvi koalisiyanın kiçik ortağı olmaqdansa, parlamentə ana müxalifət kimi daxil olmağı üstün tuturlar./"Middle East Eye”/Tərcümə: Strateq.az
 

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...