Qvatemala prezidenti də səfirlik açmaq üçün Qüdsə gəldi

Qvatemala prezidenti də səfirlik açmaq üçün Qüdsə gəldi
Qvatemala prezidenti Cimmi Morales Qüdsdə səfirliyin açılışı ilə bağlı İsrailə səfər edib.

Təl-Əvivdən Qüdsə keçirilmiş Qvatemala səfirliyinin açılışı mayın 16-da baş tutacaq.

Səfəri çərçivəsində C.Morales İsrail prezidenti Reuven Rivlin və baş nazir Benyamin Netanyahu ilə görüşəcək.

Xatırladaq ki, ABŞ səfirliyi Qüdsdə fəaliyyətə başlayıb. Bu barədə qərar isə ötən ilin dekabrında verilmişdi./trend
 

OXŞAR XƏBƏRLƏR