Paşinyanın işinə arvadı nəzarət edəcək: "Lazım gəldikdə mütləq tənqid edəcəm"
Dünya
17:53 / 15.05.2018
4125
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan "Aykakan Jamanak” qəzetində ərinin işini davam etdirəcək.
Sfera.az xəbər verir ki, o, bu barədə "Azadlıq” radiosunun efirində deyib:
""Aykakan Jamanak”ın baş redaktoru olmağa davam edəcəm. Hakimiyyətin fəaliyyətinə nəzarət edəcəm və lazım gəldikdə mütləq tənqid edəcəm”.
Qeyd edək ki, müxalif "Aykakan Jamanak” qəzeti 1999-cu ildə Nikol Paşinyan tərəfindən təsis olunub.
Sfera.az