Ermənistanın eks-prezidentləri Qarabağla bağlı BÜTÜN SİRLƏRİ AÇDI: Heydər Əliyev və Elçibəy...

Ermənistanın eks-prezidentləri Qarabağla bağlı BÜTÜN SİRLƏRİ AÇDI: Heydər Əliyev və Elçibəy...
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qondarma DQR-in danışıqlar masasında tərəf kimi iştirakı haqda təklifi Bakının sərt reaksiyası ilə yanaşı, İrəvanda da narazılığa səbəb olub.

Ermənistanın siyasətçiləri Paşinyanın ölkəni uçuruma apardığını hesab edirlər.

Keçmiş prezidentlər isə bir-birini ittiham etmək üçün Dağlıq Qarabağ məsələsində müəyyən detalları açıqlayaraq, Bakının diplomatik manevrlərlə İrəvanın yollarını necə kəsdiyini etiraf ediblər.

Əvvəlcə keçmiş baş nazir Serj Sarkisyan Paşinyanın təklifinə reaksiya verdi. O, bilavasitə danışmasa da, keçmiş müdafiə naziri Viqen Sarkisyanın dili ilə münasibətini açıqladı.

V. Sarkisyan bildirdi ki, Paşinyanın bu mövqeyi anlaşılmazdır: "Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin zaminidir, danışıqlarda tərəfdaşdır, lakin münaqişə tərəfi deyil. Rəsmi İrəvan bu mövqeni müdafiə edir, Bakı isə onun əleyhinə çıxır. Yeni baş nazir bu açıqlaması ilə Bakının mövqeyini təsdiq edir, yəni Ermənistanın münaqişə tərəfi olduğu faktını təsdiqləyir”.

V. Sarkisyan Paşinyanın danışıqların detallarından xəbərsiz olduğunu vurğulayıb.

Ermənistanın birinci prezidenti, Dağlıq Qarabağ münaqişəsinin həllinə razılaşdığı üçün 1998-ci ildə "Qarabağ klanı” tərəfindən devrilən Levon Ter-Petrosyan isə Viqen Sarkisyanın özünün də danışıqların detallarından xəbərsiz olduğunu açıqlayıb.

O qeyd edib ki, Azərbaycan Ermənistanın işğalçı təcavüzkar kimi tanınmasına təkid edib: "BMT-nin məlum 4 qətnaməsi ilə bu təsdiqini tapır. Həmin qətnamələrə görə, Qarabağ ətrafındakı 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ermənistan diplomatiyası Dağlıq Qarabağın münaqişə tərəfi kimi tanınmasına nail olmağa yaxın olsa da, Robert Koçaryanın cinayətə bərabər səhlənkarlığı ucbatından bu, baş tutmadı”.

R. Koçaryan isə öz növbəsində Ter-Petrosyanı yalan danışmaqda ittiham edib.

"Dağlıq Qarabağın münaqişə tərəfi kimi qəbul edilməsi məsələsi mənim prezidentliyimdən əvvəl baş verib. 1990-cı ildən etibarən danışıqlar Ermənistan və Azərbaycan prezidentləri arasında olub. Levon Ter-Petrosyan Ayaz Mütəllibovla, Əbülfəz Elçibəylə, daha sonra Heydər Əliyevlə danışıqlar aparıb. Bununla yanaşı, iki ölkə prezidentinin nümayəndələri – Vəfa Quluzadə və Liparityan arasında (1995-96-cı illərdə 11 görüş olub) mütəmadi danışıqlar olub. Qarabağ danışıqlarda tərəf kimi iştirak etməyib”, - deyə o bildirib.(Publika.az)

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...