Neft 4 ilin rekordunu vurdu - Hazırkı qiymət

İqtisadiyyat
15:59 / 15.05.2018
2747
Dünya birjalarında neft yenidən bahalaşıb.
Sfera.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,60 dollar və ya 0,85% artaraq 71,56 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,82 dollar ya 1,05% artaraq 79,05 dollar təşkil edib.
Qeyd edək ki, Brent markalı neftin bir barelinin qiyməti sonuncu dəfə 2014-cü ilin noyabrın 25-də 79 dollar olub.(APA)