Corc Sorosun fondunu öz vətənindən qovdular

Corc Sorosun fondunu öz vətənindən qovdular
Corc Soros Fondu Budapeşdəki ofisini bağlayaraq, onu Berlinə köçürəcək.

Sfera.az xəbər verir ki, fond rəhbərliyi bunu Macarıstandakı "daha repressiv siyasət və hüquqi mühitlə" əlaqələndirib. Fond Macarıstandan gedişini baş nazir Viktor Orbanın QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qanunun qəbulu haqda çağırışından sonra bildirmişdi. Qanunun özü belə "Sorosu dayandır” adını almışdı.

Aprel seçkilərində qəti qələbə qazanan Orban Soros və fondunu dəfələrlə miqrantları dəstəkləməkdə və milli mədəniyyətləri sarsıtmaqda ittiham etmişdi.
"Açıq cəmiyyət” Soros Fondu hüquq müdafiəsi, mədəniyyət, KİV azadlığı, səhiyyə və təhsil sahələrində Macarıstanda fəaliyyətini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, maliyyə fırıldaqları və "narıncı inqilablar”a dəstəyi tanınan milyarder Corc Soros Macarıstanda doğulub.
 
Sfera.az



OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...