CİA sədrindən Tramp və Netanyahunun ünvanına sərt tənqid: “Bu dəlilikdir"

CİA sədrindən Tramp və Netanyahunun ünvanına sərt tənqid: “Bu dəlilikdir
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq sədri Con Brennan "Twitter” hesabında paylaşdığı mesajda Tramp və Netanyahunu kəskin tənqid edib.

Sfera.az xəbər verir ki, o, ABŞ səfirliyini Qüdsə köçürməklə Trampı intriqa yaratmaqda ittiham edib:

"Qəzzadakı ölümlər Tramp və Netanyahunun fələstinlilərin haqları və vətənlərinə açıq şəkildə hörmətsizlik etmələrinin nəticəsidir. Tramp səfirliyi Qüdsə köçürməklə intriqa yaratdı, ABŞ-ın barışdırıcı rolunu alt-üst etdi. Yeni nəsil israillilər və fələstinlilərin sülh yolunu tapmaq üçün radikalları uzaqlaşdırması lazımdır”.

Sabiq MKİ sədri Trampın İranın nüvə proqramı ilə bağlı yalan danışdığını, ABŞ-ın qlobal təhlükəsizliyinin altını qazdığını,  ən yaxın müttəfiqlərini uzaqlaşdırdığını, İranda radikal siyasət tərəfdarlarını gücləndirdiyini deyib.

O, Trampın siyasəti haqda isə belə söyləyib: "Bu dəlilikdir, milli təhlükəsizliyimizə qarşı təhdiddir”.

Sfera.az




OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...