Ərdoğanın bu sözlərindən sonra Türkiyədə dollar rekord vurdu

12:18 / 15.05.2018
5964
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Bloomberg” agentliyinə verdiyi müsahibədə pul siyasətinə dair verdiyi açıqlama ABŞ dollarının türk lirəsinə nisbətdə sürətlə yüksəlməsinə səbəb olub.
Sfera.az xəbər verir ki, 4.36 lirə kursu ilə start götürən dollar birjada 4.39 lirəyədək yüksəlib və rekord vurub.
Ərdoğan 24 iyun seçkisində yenidən prezident seçiləcəyi təqdirdə iqtisadiyyat və pul siyasətində daha fəal rol oynayacağını açıqlamışdı. O, Türkiyənin prezident idarəçiliyinə keçməsindən sonra Mərkəzi Bankın da məcburən aşağı faiz siyasəti aparmalı olacağını demişdi:
"İnsanlar pul siyasəti üzündən çətin vəziyyətə düşürlərsə, kimi günahkar biləcəklər? Prezidenti günahkar biləcəklər. Prezidentə hesab tələb etdikləri üçün daha effektiv prezident imici nümayiş etdirməliyik”.
Dolların qalxmasına səbəb olan digər amil 10 il qarantiyalı təhvil faizlərinin yüksəlməsi də təsir edib.
Sfera.az