“Nazirlər vəzifədə olanda cəzalandırılsa, bu digərlərinə də dərs olar” - Vahid Əhmədov

“Nazirlər vəzifədə olanda cəzalandırılsa, bu digərlərinə də dərs olar” - Vahid Əhmədov
Milli Məclisin deputatı Vahid Əhmədov 181 ölüyə pensiya yazılaraq, dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı Hesablama Palatası tərəfindən Dövlət Sosial Müdafiə Fondunda aparılan hesabata münasibət bildirib.

V.Əhmədov Sfera.az-a açıqlamasında deyib ki, işində nöqsanlara yol verən məmurlar haqqında bəyanatlar, onlar vəzifədə olarkən verilməlidir:

"Nazir vəzifədə olanda, onun fəaliyyətilə əlaqədar yoxlamalar həyata keçirilir. Bu yoxlamaları həm Hesablama Palatası, həm Maliyyə Nazirliyi, həm də digər qurumlar aparır. Ancaq bu yoxlamaların nəticələrini nazir vəzifədə olanda üzə çıxartmaq lazımdır. Nazir, məmur cinayətə yol verirsə, bu, vaxtında açıqlanmalıdır. Daha vəzifədən çıxandan sonra hər hansı fikir bildirilirsə, bu nəyi dəyişir? Təsəvvür edin ki, filankəs 15 il vəzifədə olanda heç bir söz deyilmir, ancaq vəzifədən çıxandan sonra nöqsanlar bildirilir. Bəs bu adam 15 il vəzifədə olanda onu görmürdünüz? Müvafiq qurumlar bunu görməyibsə, bu da ayrı nöqsandır. Müvafiq qurumlar onu görməlidir! Çünki bu onların vəzifəsidir. Ona görə də mən nazirin hər hansı nöqsana yol verdiyini o, vəzifədən çıxarılandan sonra açıqlanmasını qəbul etmirəm. Biz normal demokratik ölkə qururuqsa, heç nədən çəkinmək lazım deyil”. 

Deputat qeyd edib ki, əgər kimsə vəzifədə olanda korrupsiyaya yol veribsə, vəzifəsindən sui-istifadə edibsə, həmin adam cəzasını elə vəzifədə olan zaman almalıdır: 

"Ona görə də yol verdikləri nöqsanlara görə nazirlər vəzifədə olan zaman cəzalandırılsa, bu digərlərinə də dərs olar, belə hallar təkrarlanmaz. Yoxsa ki, vəzifədən çıxarılandan sonra adamları nə qədər istəsən danla, heçnə dəyişməyəcək”. 

Orxan Bəşirov
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...