Türkiyədə 3 gün matəm elan edildi - Səfirlər geri çağırıldı

Türkiyədə 3 gün matəm elan edildi - Səfirlər geri çağırıldı
Türkiyə hökuməti Fələstində İsrail tərəfindən törədilən qətliama görə ölkədə 3 günlük matəm elan edib.

Sfera.az bildirir ki, bu barədə Baş nazirin müavini və hökumət sözcüsü Bəkir Bozdağ məlumat verib.

O qeyd edib ki, matəm fələstinlilərlə həmrəylik nümayiş etdirmək və şəhidlərin xatirəsini anmaq məqsədilə elan edilib:

"Bu gün müsəlmanlar üçün qanlı bazar ertəsi olaraq tarixə keçəcək. Baş verən hadisələr onu göstərdi ki, artıq fələstinlilərin qanında ABŞ-ın da əli var. Qüds tarix boyu olduğu kimi, bundan sonra da müstəqil Fələstin dövlətinin paytaxtı olaraq qalacaq. Terrorçu İsrail dövləti və onu qoruyan ABŞ bir gün Qüdsü tərk etmək məcburiyyətində qalacaq”.

B.Bozdağ sözlərinə əlavə edib ki, baş verən hadisələri istişarə məqsədilə Türkiyənin İsrail və ABŞ-dakı səfirləri Ankaraya çağırılıb.(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...