Türk nazirdən İsrail və ABŞ ünvanına sərt AÇIQLAMALAR

Türk nazirdən İsrail və ABŞ ünvanına sərt AÇIQLAMALAR
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ səfirliyinin Qüdsə köçürülməsi və Fələstində fələstinlilərlə İsrail əsgərləri arasında baş verən toqquşmalara münasibət bildirib.

Sfera.az xəbər verir ki, Çavuşoğlu baş verənlərə görə, İsrail qədər ABŞ-ın da məsuliyyət daşıdığını deyib:

"İsrail qüvvələrini və İsrail hökumətini lənətləyirəm. Burada bir qətliam var. Bunun səbəbi ABŞ-ın bütün dünyaya rəğmən "mən qərar verdim, edərəm” anlayışı ilə atdığı addımlardır. ABŞ qeyri-hüquqi şəkildə Təl-Əvivdəki səfirliyini Qüdsə köçürdü. Beynəlxalq hüququn fundamental prinsiplərini və tarixi reallıqları heçə saydılar. Bu ABŞ-ın etibarına ziyan vurdu.

Avropa Birliyinin bu məsələdə bizimlə eyni cür düşündüyünü bilirik. Fəqət eyni cür düşünmək yetməz, dərhal addım atılmalıdır. ABŞ-ın qərarına qarşı güclü şəkildə müqavimət göstərmək lazımdır. 

Hər kəs sussa da, biz susmarıq. Fələstin mübarizəsinin müdafiəçisi olacağıq. 

Fələstinlilər bomba atmır, raket atmır. Sivil şəkildə addımlayırlar. Burada bir dövlət terroru var. Hazırda 37 şəhidimiz var. Bu rəqəm arta da bilər. Səhvlər davam edərsə, qorxuram region fəlakətə doğru sürüklənsin. Əlamətlər bunu göstərir”.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...