ABŞ Qüdsdə səfirliyini açdı
Dünya
17:13 / 14.05.2018
1790
Qüdsdə ABŞ-ın səfirliyinin açılış mərasimi keçirilir.
Trend-in məlumatına görə, səfirliyin açılış mərasimində ABŞ prezidenti Donald Tramp iştirak etməsə də, tədbir iştirakçılarına təbrik məktubu göndərib.
İsrailin baş naziri Benyamin Netanyahu isə ABŞ-ın Qüdsdə səfirlik açmaq qərarını doğru adlandırıb və amerikalı liderə dəstəyə görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, ötən ilin dekabr ayında ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq ölkənin Təl-Əvivdəki səfriliyinin Qüdsə köçürülməsi barədə qərar vermişdi.
Sfera.az