İsrail fələstinlilərə atəş açdı: 28 ölü, 1000-ə yaxın yaralı var - FOTO/YENİLƏNİB

İsrail fələstinlilərə atəş açdı: 28 ölü, 1000-ə yaxın yaralı var - FOTO/YENİLƏNİB
Son məlumata görə, hazırda ölü sayı 28-ə yüksəlib. Yarralılar isə 900-dən çoxdur.
 
 ***
15:11

Fələstinlilərin ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq keçirdikləri kütləvi aksiyalarda ölənlərin sayı artmağa davam edir.
 
İsrail əsgərlərinin aksiyaçılara odlu silahdan açdığı atəş nəticəsində ölən fələstinlilərin sayı 16-ya çatıb. Məlumata görə 500-dən çox yaralı var.
 
***
14:50

ABŞ-ın İsrail səfirliyini Qüdsə köçürməsi ilə bağlı bu gün fələstinlilərin etiraz aksiyaları başlayıb.

Sfera.az xəbər verir ki, etirazlardan əvvəl İsrail ordusu havadan xəbərdarlıq bildirişləri ataraq fələstinlilərə sərhədə yaxınlaşmamaq xəbərdarlığı etmişdi. Fələstinlilər isə Qəzza sərhədində gözləyən israilli snayperləri görmə məsafəsini zəiflətmək üçün rezin şinlər yandırmağa başlayıblar.

Sapand və daşlarla İsrail əsgərlərinə müqavimət göstərən fələstinlilər snayperlərin açdığı atəşə tuş gəliblər. Son məlumata görə, 7 fələstinli öldürülüb. Yaralıların sayı isə 165 nəfərə çatıb.

ABŞ səfirliyinin Qüdsə köçürülməsindən əlavə sabah fələstinlilərin öz yurdlarından çıxarılmasına başlanılmasının ildönümüdür. Fələstinlilər o günü "Nakba” (fəlakət) adlandırırlar.

Sfera.az




OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...