“İranın Suriyadakı mövcudiyyətini məhv etməliyik” – İsrailli nazir

“İranın Suriyadakı mövcudiyyətini məhv etməliyik” – İsrailli nazir
İsrailin məskunlaşma üzrə naziri Yoav Qalant Suriyadakı İran hərbi mövcudiyyətinin məhv edilməsinin vacibliyini deyib.

Sfera.az xəbər verir ki, İranı "imperialist terror dövləti” adlandıran Qalant bu sözləri deyib:

"İranı Suriyadan çıxarmaq İsrail üçün fürsət yarandı və bu üstünlükdən istifadə etməliyik. Dəmiri isti-isti döymk laızmdı. İndi hücum etməliyik və İranı öz butulkasına soxmalıyıq”.

İsrailli naziri ölkəsinin Suriya, İraq, Yəmən və Livanla əhatələndiyini və İsrail ilə ərəb ölkələri arasında yeni müharibə olmasına çalışıldığını deyib.
 
Sfera.az


OXŞAR XƏBƏRLƏR