ABŞ bu gün səfirliyini Qüdsə köçürür: fələstinlilər etiraz etməyə hazırlaşır

14:12 / 14.05.2018
2177
ABŞ dövləti bu gün səfirliyini Tel-Əvivdən İsrailin Qüds şəhərinə köçürür.
Sfera.az xəbər verir ki, səfirliyinin açılışı ilə bağlı bu mərasim keçiriləcək. Mərasimin Bakı vaxtı ilə 17:00-da başlayacağı gözlənilir. Açılışda ABŞ prezidenti Donald Tramp iştirak etməyəcək, ancaq dəvət olunan şəxslərə telekonfrans vasitəsilə müraciət edəcək.
Mərasimdə Trampın qızı İvanka, kürəkəni Cared Kuşner və Maliyyə naziri Stiven Mnuçin iştirak edəcək. İsrail baş naziri Netanyahu Trampın qərarını tərifləyərək bunu "cəsur” addım adlandırıb.
Qeyd edək ki, açılış mərasiminə etiraz olaraq fələstinlilərin etiraz aksiyaları keçirməsi gözlənilir. Fələstinlilər şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi qəbul edirlər.
Sfera.az