Paşinyandan Putini qəzəbləndirən tələb - Azərbaycanla bağlı...

Paşinyandan Putini qəzəbləndirən tələb - Azərbaycanla bağlı...
Bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistanın yeni baş naziri Nikol Paşinyan Soçi şəhərində görüş keçirəcəklər.

Sfera.az xəbər verir ki, görüş, Avrasiya İqtisadi Birliyinin sammiti çərçivəsində baş tutacaq.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov hesab edir ki, ilk görüş tanışlıq xarakterlidir. Ermənistan mətbuatı isə Putin və Paşinyan arasında keçiriləcək görüşü geniş şəkildə təhlil edir və müzakirəyə çıxarılacaq mövzulardan yazır. Görüş tanışlıq xarakterli olduğu üçün Ermənistan-Rusiya əlaqələri ilə bağlı hər hansı yenilənmənin olacağına ümid edilmir.

"Amma Paşinyan Putinə istəklərini çatdıra bilər. İndi Paşinyan göstərməlidir ki, KTMT təşkilatını Ermənistan maraqlarından çıxış etməyə necə məcbur edəcək. Keçmiş hakimiyyət bunu bacarmadı. Amma Paşinyan keçmiş hökumətdən fərqli olaraq, bəzi məsələlərdə fikirini açıq şəkildə ifadə edə biləcək. Məsələn, Rusiyanın Azərbaycana silah satışı ilə bağlı problem əsas müzakirə mövzularından ola bilər. Hansı ki, keçmiş prezident Serj Sarkisyanın vaxtında bu məsələ bir neçə dəfə gündəmə (2016-cı il, Aprel döyüşləri zamanı) gətirildi. Bu görüşdə də silah satışı müzakirə oluna bilər”.

Xatırladaq ki, 2016-cı ilin aprel ayında baş verən silahlı toqquşmalar zamanı Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinə ağır zərbə vurdu. Əməliyyatlar zamanı Rusiyadan alınan hərbi texnikadan da istifadə edilmişdi. Həmin döyüşlərdə məğlub olan Ermənistan tərəfi Rusiyanın Azərbaycana silah satışını dayandırmasını tələb edirdi. Amma rəsmi Moskva Ermənistan rəsmilərinin bu tələbini yerinə yetirmədi və Azərbaycana silah satışını davam etdirir.

Ordumuzun azad etdiyi Lələ Təpə yüksəkliyi
İndi silah satışı ilə bağlı məsələ yenidən gündəmə gətirilir. Ermənistanın siyasi elitası Rusiyaya Azərbaycana silah satışını dayandırması ilə bağlı təziqlər etmək istəyir. Onlar yeni baş nazir Nikol Paşinyanın bu məsələni tamamilə həll edəcəyini düşünürlər.  

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Missiya.Az-a açıqlamasında bildirib ki, Ermənistan siyasi elitasının ümidləri bu dəfə də puç olacaq: "Paşinyan kimdir ki, ağasından nəsə tələb etsin. Sarkisyan Putinə Azərbaycana silah satışını dayandırması ilə bağlı tələb irəli sürə bilmirdi. Sonra İrəvanda keçirdiyi mətbuat konfranda belə demişdi: Biz, Rusiyanın Azərbaycana silah satmasından narazıyıq. Amma Putinlə görüşdə bu tələbi irəli sürməyə cürəti çatmırdı”.

Elxan Şahinoğlu - "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq

Politoloq bildirib ki, Rusiya Ermənistandan fərqli olaraq, Azərbaycana pulla silah satır: "Rusiya Ermənistana silahı pulsuz verir. İrəvan Moskva üçün yükdü. Ona görə də mən düşünmürəm ki, Paşinyan Putindən Azərbaycana silah satışı ilə bağlı nəsə tələb etsin. Belə bir istəyini bildirsə belə, bu ona baha başa gələr. Ermənistan nə qədər müstəqil siyasət yeritməyə çalışsa da, faktiki olaraq, Rusiyadan asılıdır. Asılı olduğu üçün şərt diktə edə bilməz. Əgər Paşinyan şərt irəli sürərsə, onun hakimiyyətini devirərlər".  

Qeyd edək ki, Azərbaycan Rusiya ilə yanaşı Türkiyə, İsrail, Pakistan, Belarus və bir neçə başqa ölkədən silah alır. Ermənistan isə sərhədlərini müdafiə etmək üçün Rusiyaya möhtacdır.(Missiya.az)

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...