Milli Məclisin ən çox maaş alan deputatları - SİYAHI

Milli Məclisin ən çox maaş alan deputatları - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqlədikdən sonra deputatların maaşı artırılıb. Dəyişiklik mayın 1-dən qüvvəyə mindiyindən, deputatlar bu ayın maaşını artımla alacaqlar.

Sfera.az "Report”a istinadən artımdan sonra ən çox maaş alacaq deputatların siyahısını hazırlayıb. Maaş bölgüsü belədir:

Milli Məclisin sədri Oqtay Əsədov - 3 min 712 manat 50 qəpik,

Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov - 3 min 340 manat 50 qəpik,

Milli Məclis sədrinin müavinləri Bahar Muradova və Valeh Ələsgərov - 3 min 154 manat 50 qəpik,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli - 2 min 970 manat,

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə - 2 min 970 manat,

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov – 2 min 970 manat,

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli – 2 min 970 manat,

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov – 2 min 970 manat,

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı – 2 min 970 manat,

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov – 2 min 970 manat,

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov - 2 min 970 manat,

Reqional məsələlər komitəsinin sədri Arif Rəhimzadə - 2 min 970 manat,

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli – 2 min 970 manat,


Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov – 2 min 970 manat,

Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov – 2 min 970 manat,

İntizam komissiyasının sədri Ağacan Abıyev – 2 min 970 manat,

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə - 2 min 784 manat,

İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov – 2 min 784 manat,

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə - 2 min 784 manat,

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev – 2 min 784 manat,

Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev – 2 min 784 manat,

Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev – 2 min 784 manat,

Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev – 2 min 784 manat,

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova – 2 min 784 manat,

Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev – 2 min 784 manat,

İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini – Xanlar Fətiyev 2 min 784 manat,

Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev – 2 min 784 manat,

Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva – 2 min 784 manat,

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva – 2 min 784 manat maaş alacaq.

Sıravi deputatların maaşı isə 2 min 598 manatdır.

eyd edək ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsində edilən dəyişikliyə əsasən, parlament sədrinin maaşı 2 min 250 manatdan 2 min 475 manata qaldırılıb. Qanunvericilikdə qeyd olunur ki, Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komitə və komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclisin sədrinə onun birinci müavininə və müavinlərinə, Milli Məclisin komitə sədrlərinə və deputatlara deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da verilir.

Qanunvericiliyə əsasən, deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün 2 aylıq vəzifə maaşı məbləğində müavinət alır.

Bundan başqa, məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun 2 aylıq vəzifə maaşı məbləğində müavinət də verilir.

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...