"Mayın 28-nə kimi əfv olacaq" - Rəşad Məcid

Siyasət
12:49 / 14.05.2018
1969
"Əfv Komissiyasının iclasları hələ davam edir".
Bu sözləri Open.az-a açıqlamasında Əfv Komissiyasının üzvü Rəşad Məcid deyib.
Onun sözlərinə görə, iclasların yaxın bir həftəyə yekunlaşacağı gözlənilir:
"Bu il Əfv Komissiyası çox məhsuldar işlədi. Təxminən 200-dən çox müraciətə baxılıb. İclaslardan sonra isə prezident İlham Əliyev əfv sərəncamını imzalayacaq. Sərəncam mayın 28-nə kimi olacaq. Xeyli məhbusun əfv olunması gözlənilir”.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə bağlı əfv sərəncamının veriləcəyi gözlənilir.
Sfera.az