Tbilisidə etiraz aksiyaları bir həftəlik dayandı

Dünya
11:52 / 14.05.2018
2152
Tbilisi gecə klublarında polisin əməliyyat keçirməsinə etiraz edən aksiyaçılar etiraz aksiyalarına bir həftəlik fasilə vermək qərarına gəliblər.
Sfera.az xəbər verir ki, bu barədə aksiyanın təşkilatçılarından biri Beka Sikarişvili məlumat verib. Aksiyada çıxışı zamanı Sikarişvili hökumətin işini müşahidə etmək üçün bir həftəlik "taym-aut" götürdüklərini deyib. Daxili işlər naziri verdiyi sözə əməl etməsə, etiraz aksiyası yenidən bərpa olunacaq.
Aksiya yerinə gələn Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya təşkilatçılarla danışaraq, nəticə əldə etmək üçün ölkənin narkosiyasətində dəyişikliklər etməyə söz verib.
Xatırladaq ki, 12 may gecəsi gürcü polisi Tbilisinin gecə klublarında əməliyyat keçirərək narkotik istifadəçilərini həbs etmişdi. Polisin reydi kütləvi etiraz aksiyasına və polislə toqquşmaya gətirib çıxarmışdı.
Sfera.az