Astanada Suriyanın taleyini həll edəcək danışıqlar başladı

Astanada Suriyanın taleyini həll edəcək danışıqlar başladı
Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya üzrə sülh danışıqlarının 9-cu raundu start götürüb.

Sfera.az xəbər verir ki, ABŞ-ın iştirak etmədiyi danışıqlarda atəşkəs zonalarındakı son vəziyyət, BMT-nin nəzarətindəki konstitusiya komitəsinin fəaliyyəti və məhbusların azad edilməsi müzakirə olunacaq.

Astananın "Rixos” otelində keçirilən danışıqlarda Rusiya ilə İran arasında ikitərəfli görüş başlayıb. Rusiyanı Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, İranın nümayəndə heyətini isə xarici işlər naziri müavini Hüseyn Cabiri Ənsari təmsil edir. Türkiyə heyətinə XİN müvəqqəti işlər üzrə vəkili müavini Sedat Önal başçılıq edir.

Danışıqların ilk günü BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın danışıqlarda iştirak etməsi, İordaniyanın isə müşahidəçi rolunda çıxış etməsi gözlənilir.

Əsəd rejiminin və hərbi müxalifət nümayəndələrinin iştirak edəcəyi iclas isə sabah keçiriləcək.

OXŞAR XƏBƏRLƏR