"Lotu Quli" Mərkəzi Univermağı necə yardı? - Səs-küylü cinayətin bilinməyənləri
Kriminal
11:34 / 14.05.2018
2918
Uzun müddət həbsdə yatdıqdan sonra ötən il azadlığa çıxan "Lotu Quli” ləqəbi ilə tanınan "qanuni oğru” Nadir Səlifov bağlı bilinməyən məqamları təqdim edirik.
Sfera.az bildirir ki, onu gəncliyindən tanıyan və uzun müddət müxtəlif həbsxanalarda yanaşı cəza çəkən sabiq məhkum xatırlayır:
"Quli” olduqca inadcıl, bir o qədər də iradəli adamdır. Onda geri çəkilmək söhbəti yoxdur. Biri ilə dirəşdisə, sona qədər gedəcək.Kompromisə gedən, təslim olan tərəf olmayacaq. Onu davakar biri kimi qələmə vermək olmaz, amma dalaşmağa başladısa, söhbət bitdi, gərək üzünü görməyəsən.
Bir epizod danışım. Bu hadisıə baş verəndə Qulinin 21 yaşı vardı. O vaxtlar atıb-tutan gənclər, necə deyərlər, gələcək vəd edən canilər "Gənclik” metro stansiyasının yaxınlığına bir çayxanada toplaşırdılar. Ordan-burdan, oğru dünyasınından-filan danışırdılar. Burada hamı bir-birini tanıyırdı. Sözləri nə üstə çəpləşdisə, "Quli” ilə Elçin adlı bir oğlan əlbəyaxa dalaşmağa başladılar. Bir boks və güləş yarışması nə qədər çəkər?
Uzağı 6-10 dəqiqə, 3 raunda məsələ həll olur, döyüşün qalibi bilnir. Bunlar azı 15-20 dəqiqə təkbətək döyüşdülər, dalaşdılar. Onları ayıran olmadı. Çünki ikisi də araya girənlərə söyüş qoydular. Elçin cüdoçu idi. O, beynəlxalq yarışlarda fərqlənməmişdi, amma şəhərdə tanınan, nəticə göstərən idmançı idi. Üstəlik də, "Quli”dən güclü idi. Döyüş zamanı Elçin öz idmançı bacarığından yararlanır, fəndlər işlədir, Qulini götürüb yerə çırpırdı. Amma o yenidən ayağa durub, ondan yapışır, onu vurur, davaya davam edir, əl çəkmirdi. Axırda "Quli” dizi ilə onu möhkəm vurdu və Elçin yıxılıb huşunu itirdi, ayağa qalxmadı və bununla da dava bitdi”.
Köhnə kamera yoldaşının dediyinə görə, onsuz da doğuşdan ürəkli, cəsarətli olan "Quli”ni 20-22 yaşında daha da ötkəm edən iki amil olub:
"Onda silah da vardı, pul da. Bunlar olan yerdə insan, xüsusilə gənc adam daha da cəsarətli olur. Elə bilir ki, şəhərin yiyəsi özüdür. Onu ilk dəfə "Narxoz” deyilən universitetin önündə küçədə görmüşəm, belindəki silahı göstərə-göstərə gəzirdi. Açığı, o vaxt məndə də silah vardı, amma həmişə gödəkcəmin altında olardı və heç vaxt heç kimə göstərməzdim. "Quli” isə silahını kiminsə görəcəyindən çəkinmirdi. Bəzi kriminallar kimisə "yükləyəndə”, yəni "dolya” tələb edəndə deyirdilər ki, pulu gətir filan yerə qoy, yaxud filankəsə ver, o, bizə verəcək. Çoxları çalışırdı ki, "dolya” verənlərlə birbaşa kontakta girməsinlər. Amma "Quli”gil birbaşa, çəkinmədən kontakta girirdilər. Cavan uşaqlar idilər, çox cəsarətli və qətiyyətliydilər”.
1993-cü ildə kiminsə başqasından 20 min dollar alacağı olur, ala bilmir. O vaxt artıq adı bu işlərin ustası kimi çıxmış olduğu üçün həmin adam Qulidən yardım istəyir. Həmin vaxt "Quli” 21 yaşın içindəydi, özü də indiki kimi dolubədənli deyildi, cüssəcə də, sifətcə də yeniyetmələrə bənzəyirdi. Heç kim deməzdi, onun 21 yaşı var. Amma həmin şəxs "Quli”nin bacarığı haqqında eşidibmiş, deyə ondan yardım istəyir, və "Quli” həmin işi götürür, söz verir ki, pulıu alıb qaytaracaq.
Pulu qaytarmayan şəxslər "Azneft” meydanı tərəfdə, yaşlı və pullu adamların oturduğu bir məkanda imişlər. "Quli” ora gəlib və içəri girən kimi deyib ki, "Mən "Quli”yəm, filankəsin pulunu almağa gəlmişəm”. O adamlar baxıblar ki, uzağı onuncu sinif şagirdinə bənzəyən yeniyetmədir, düşünüblər ki, bu kimdir, o boyda pulu buna verək aparsın. "Quli” "20 min dollar verməlisiniz, pul mənə çatacaq” deyəndə həmin şəxslər uşağa oxşayan, əyninə kapuşonlu sviter geyinmiş uşağa gülüblər. Bu kişilərin yanında cangüdənləri, silahlı adamları varmış. Biri gülə-gülə "Quli”dən soruşub ki, sən kim olduğunu dedin, bir də de, bilək. Onların gülüşmələri "Quli”yə xoş getməyib və söhbəti uzatmayıb, tapançanı çıxarıb və onlardan birini dizindən güllələyib. Adamlar görüblər ki, bu uşaq olsa da, qorxusuzdur, dərhal pulu çıxarıb veriblər”.
O vaxtkar "Quli”gilin konkret əraziləri yox idi. Onlar harda düşdü, "raboy” edirdilər. Ən səs-küylü işləri isə Mərkəzi Univermaqdan külli miqdarda qızıl-zinət əşyaları aparmaları olub. Bu, o vaxt qalmaqallı iş idi. Hamı bundan danışırdı. Çoxları düşünürdü ki, bu boyda işi kim görüb. Sonradan bilindi ki, soyğunu "Quli”gil təşkil edib. Onlar güdürmüş, univermaqdan qızılların götürülməsini saatını gözləmişdilər.
Qızılla dolu maşın yola çıxanda isə arxadan öz maşınları ilə gəlib, qəsdən avtomobili vurmuşdular. Sürücü və inkassator istər-istəməz nə baş verdiyini bilmək üçün öz maşınlarından çıxanda "Quli” və dostları tapança ilə onları hədələmiş, maşından qızılları götürüb getmişdilər.
1995-ci ildə həbs olunanda onunla bağlı cinayət işinin içində bu epizod var idi.(Yenicag.az )