“Saakaşvili Tiflisə qiyamla qayıdır” - Gürcüstan çalxalanır

“Saakaşvili Tiflisə qiyamla qayıdır” - Gürcüstan çalxalanır
 Keçmiş prezident Mixail Saakaşvilinin Gürcüstana qayıdacağı barədə xəbərdarlığından sonra ölkə daxilində ilginc proseslər cərəyan etməyə başlayıb. Georgi Kvirikaşvilinin başçılıq etdiyi hökumət kənardan sakitmiş kimi görünür. Lakin Edvard Şevardnadze kimi nəhəngi devirən Saakaşvilinin Tiflisə qayıtmaq ehtimalı hakimiyyət daxilində ikitirəlilik yaradıb. Gürücstan KİV-i ayın 12-dən paytaxtda ictimai vəziyyətin gərginləşməsini təsadüfi hesab etmir. Düzdür, iki gündür davam edən etirazlar gecə klublarında narkotiklər əleyhinə reydlərə görədir, amma mənbələr prosesin özünə siyasi çalar əlavə edəcəyini istisna etmirlər. "Mixal Saakaşvilinin qayıdacağı barədə anonsu hökuməti daha ehtiyatlı addımlar atmağa məcbur edir. Bu, bir sıra məsələlərlə bağlı daha radikal qərarların verilməsinə gətirib çıxarıb. Məsələn, Tiflis və bir sıra iri şəhələrdə ictimai yerlərdə mülki geyimli təhlükəsizlik xidməti əməkdaşları və polislər əvvəllər az-az gözə dəyirdisə, indi onların əllərindən tərpənmək mümkün deyil. Hakimiyyət Saakaşvilinin gizli qiyam hazırlanmasından şübhələnir. Bu barədə hakimiyyət strukturlarının əlində kəşfiyyat məlumatlarının olduğu bir qədər şübhəli ehtimal olsa da, Tiflis ehtiyatı əldən vermək istəmir”, - deyə gürcü mənbələr qeyd edirlər.

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...