“Qanun” qəzeti azərbaycanlıları söydü: deputat hiddətləndi
Hadisə
20:36 / 13.05.2018
3365
Güney Azərbaycanın Şəbistər şəhərinin İran parlamentindəki millət vəkili Məsumə Ağapur Əlişahi "Qanun” qəzetinin türklərə qarşı ardı kəsilməyən təhqirlərini qınayan bəyanat yayaraq, antitürk qəzetin cəzalandırılmasını istəyib.
Sfera.az axar.az-a istinadən xəbər verir ki, bəyanatda "Qanun” qəzetinin türklərin kimliyini inkar etməsi, onların hüquqlarını tanımaması diqqətə çatdırılıb:
"Bu qəzet yeni hücum dalğasında türklər və İrandakı digər etniklər haqda 3 mətləb yayıb. Yazılarda ölkə konstitusiyasının 15-ci maddəsi yanlış təfsir olunub, Azərbaycan əhalisinin kimliyi inkar edilib, onlar mühacim qrup kimi xarakterizə edilib”.
Millət vəkilinin yaydığı bəyanatda vurğulanıb ki, türklərin kimliyini həyasızcasına inkar edən qəzet bununla da kifayətlənməyib, kürdləri Qərbi Azərbaycan, tatları isə Şərqi Azərbaycanın əsl yerli əhalisi kimi göstərib:
"Bütün bunlar böyük təəssüf doğurur. Ona görə də məhkəmə orqanları, həmçinin İrşad və Mədəniyyət Nazirliyinin məsulları bu kimi təhqir və təhriflərə qarşı tədbir almalıdırlar.”
Qeyd edək ki, Ərdəbilin millət vəkili Südeyif Bədrinin məktəblərdə ana dilinin tədrisi ilə bağlı layihə təklifinin hazırlandığını bildirməsindən sonra "Qanun” qəzeti yenidən Azərbaycan türklərinə qarşı hücuma başlayıb.