Almaniyada saxta polislər azərbaycanlını qarət edib

Almaniyada saxta polislər azərbaycanlını qarət edib
Almaniya polisi regonda yük maşın sürücülərinə qarşı soyğunçuluqla bağlı müraciət edib.

Sfera.az Oxu.Az istinadla xəbər verir ki, bu qurbanlardan biri də Azərbaycan vətəndaşı olub.

Mayın 3-də saat 22 radələrində 50 yaşlı azərbaycanlıya polis geyimində bir şəxs yaxınlaşıb və ondan sənədlərini tələb edib. Saxta polis azərbaycanlının sənədlərini yoxladıqdan sonra maşında axtarışlar aparıb və 8,5 min avro pulunu götürüb.

Hazırda region polisi cinayətkarların axtarışı ilə bağlı əməliyyat keçirir.

OXŞAR XƏBƏRLƏR