Klublarda gecə reydi polislə kütləvi qarşıdurmaya çevrildi - Həbslər var

Klublarda gecə reydi polislə kütləvi qarşıdurmaya çevrildi - Həbslər var
Tbilisi polisinin gecə klublarında apardığı reyd polislə toqquşmaya aparan kütləvi aksiyalara çevrilib.

Sfera.az xəbər verir ki, bu gecə yüzlərlə polis paytaxtın mərkəzində yerləşən, populyar "Basiani” və "Qalereya” klublarına daxil olaraq  həbslər həyata keçiriblər. Əməliyyat zamanı 8 nəfər narkotik maddələri satmaq ittihamı ilə saxlanılıb. Klubun ziyarətçiləri polisə müqavimət göstəriblər. 
 
Gürcüstan DİN əməliyyatı bu klublarda narkotik maddələrin satılması ilə əsaslandırıb. 
 
Həbslərə etiraz olaraq Rustaveli küçəsində yerləşən parlament binası qarşısında minə yaxın adam toplaşıb. Polislə baş verən toqquşmada 20 nəfər saxlanılıb. Saxlanılanlar arasında narkotiklərin leqallaşdırılması uğrunda hərəkatın lideri, "Qirçi” partiyasından prezidentliyə namizəd Zurab Caparidze də var. Saxlanılan şəxslərə polisə müqavimət maddəsi ilə ittiham elan olunub.
 
 
= ]

OXŞAR XƏBƏRLƏR