Həbs edin məni- Könüllü Məhbuslar

Həbs edin məni- Könüllü Məhbuslar
Yaponiya  həbsxanalarında  yaşlı insanların sayı durmadan artır.

Sfera.azxəbər verir ki, yoxsulluqdan, tənhalıqdan, bezən insanlar bilərəkdən cinayət törədərək həbsxanalara düşürlər.

Yaponiya digər ölkələrdən daha tez "qocalır”. Bu ölkədə yaşı  65-i keçmiş insanların sayı  27 faizdən çoxdur.  Müqayisə üçün bu rəqəm Rusiyada 14 faizdir.
Son illər isə yapon həbsxalarına düşən ahılların sayı artıb.  Dünyanın heç bir ölkəsində belə hal olmayıb. Ötən il  həbsxanalarda yaşı 60-ı keçənlərin sayı az qala 10 minə çatıb.

Qocalardan biri deyir ki, bura ilk dəfə 13  il əvvəl düşüb:

"Tək darıxırdım, aylarla  qohumları görmürdüm, tək qalmışdım.  Marketdən xırda oğrluq etdim.  Bura gətiriləndə həyatım dəyişdi.  Hər zaman söhbət etməyə adam var.  İndi 81 yaşım var. Üçüncü dəfə oğurluq edib yenə bura qayıtmışam”.

Digər məhbus isə azadlıqda aclıq çəkirmiş. Burada isə gündə 3 dəfə yemək, başının üstə dam var.  Ancaq qoca məhbuslar  Yaponiya dövlətinin xərclərini 80 faiz artırıb.

Axı  yaşlı qocaları nəzarət üçün xüsusi adamlar lazımdır. Eləsi var dişi yoxdur. Kimi  sidiyini saxlaya  bilmir, gündə alt paltarı dəyişilir və s.
 
Ölkə səlahiyyətliləri bu məsələdən çıxış yolu axtarsalar da, hələlik, tapa bilməyiblər.
 
İlqar
 

OXŞAR XƏBƏRLƏR