Sabirabad sakini iki həmyerlisini bıçaqlayaraq öldürdü
Hadisə
16:16 / 12.05.2018
3707
Bu gün səhər saatlarında Sabirabad şəhərinin "Pambıq zavodu " məhəlləsində və Saatlı rayonun Sarıcalar qəsəbəsində eyni şəxs tərəfindən bıçaqlanma hadisəsi baş verib.
Sfera.az bildirir ki, Sabirabad rayonunun Vidadi küçəsində yaşayan 40 yaşlı Firqət Əliabbas oğlu Əliyev əvvəlcə Saatlı rayonunun Sarıcalar qəsəbəsinə gedərək orada dəmir yolunda işləyən qonşusu Kamran Elniz oğlu Yaqubovu (30-35 yaşlarında) bıçaqlayaraq qətlə yetirib.
Sonra o, yaşadığı Sabirabad rayonuna qayıdaraq "Pambıq zavodu” məhəlləsində qonşusu Teymur Əlikişi oğlu Sadıqovu (30-35 yaşlarında) bıçaqlayaraq eyni üsulla qətlə yetirib.
Qətl hadisələrini törətmiş Firqət Əliyev Sabirabad RPŞ-ə gələrək könüllü təslim olub. Hazırda hadisə yerlərində hüquq-mühafizə əməkdaşlarından ibarət qrup işləyir.
Hələlik qətllərin hansı səbəbdən törədildiyi məlum deyil.(Virtualaz.org)