Arif Hacılı İsa Qəmbərin səhhətindən danışdı

Arif Hacılı İsa Qəmbərin səhhətindən danışdı
Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin müalicəsi başa çatıb, hazırda özünü yaxşı hiss edir.
 
Müsavat Partiyasının başqanı Arif Hacılı "Report”a açıqlamasında deyib ki, hazırda İsa Qəmbərin səhhətində hər hansı fəsadlar mövcud deyil.
 
O bildirib ki, İ.Qəmbər növbəti həftə tam fəaliyyətə başlayacaq: "Özünü yaxşı hiss edir. Həkimlərin dediyinə görə, indi xüsusi müayinə və müalicə kurslarına ehtiyac yoxdur”.
 
Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Orada İ.Qəmbərin ürəyinə stentlər qoyulub. O, fevralın 23-də yenidən Mərkəzi Klinikaya aparılıb. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib. Daha sonra isə İ.Qəmbər Müsavat Partiyasının başqanı Arif Hacılının və Mərkəzi Klinik Xəstəxanasının həkiminin müşayiəti ilə Türkiyənin paytaxtı Ankara şəhərindəki "Hacettepe” xəstəxanasına yerləşdirilib. O, "Hacettepe” xəstəxanasından martın 14-də buraxılıb və Bakıya qayıdıb. İ.Qəmbər müalicəsini davam etdirmək üçün aprelin 4-də Almaniyaya gedib. Almaniyada müalicə olunan Müsavat Partiyasının sabiq başqanı Bakıya mayın 6-da dönüb. 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...