Lağa qoydular, amma o ruhdan düşmədi

Lağa qoydular, amma o ruhdan düşmədi
Ağıllı telefonlarda (smartfonlarda) əsasən Android və  iOS əməliyyat sistemlərindən istifadə edilir. Android və iOS  daim rəqabət aparırlar Apple-ın qurucusu olan Stiv Jobs hər kəs tərəfindən yaxşı tanınır, bəs Android-in banisi kimdir?

Samsung, Sony, HTC, ASUS, Lenovo daxil olmaqla bir çox markalar telefon və digər qurğularında Android əməliyyat sistemindən istifadə edirlər. Android əməliyyat sisteminin memarı Endi Rubindir (Andrew E. Rubin).
"Marja”nın xarici mətbuatdan topladığı məlumatlara görə, 1963-cü ildə Nyu-Yorkda anadan olmuş Endi Rubin, "Utiga” adlı kollecdə kompüter mühəndisi olaraq təhsilini başa vurmuşdur. 1986 – 1989-cu illər arasında iş həyatına optik və optik elektronika sahəsində fəaliyyət göstərən beynəlxalq texnologiya şirkəti "Carl Zeiss AG”də robot texnikası mühəndisliyi sahəsində başlayıb. O, bu şirkətdən ayrıldıqdan sonra "Apple”da işə düzəlib.
Endinin "Apple”də işə girməsi təsadüf olmuşdur.  Endi Rubin 1989-cu ildə Kayman adalarında istirahət edərkən təsadüf nəticəsində Bill Casuell (Bill Caswell) ilə tanış olur. O, qız dostu ilə dalaşdığı üçün küçədə qaldığını öyrəndiyi Casuellə kömək edir və ona qalmaq üçün yer verir. "Apple”da işləyən Bill Casuell isə yaxşılığa yaxşılıqla qarşılıq verir və Andi Rubinin "Apple”də işə girməsinə kömək edir. Endi Rubin "Apple”də 3 il çalışıb. Onun "Apple”də əhəmiyyətli bir rol ala bilməməsinin səbəbi Stiv Jobs-un Endinin çalışdığı illərdə "Apple”ın başında olmamasıdır.
1999-ci ildə isə Endi , "Danger Inc” adlı şirkət qurur və bu şirkəti daha sonra "Microsoft "satın alır. Sonra Endi Rubin 2003-ci ildə "Android INC” şirkətini qurur.

"Android”in yaranması prosesi də maraqlıdır.

Endi Rubin və 6 nəfərlik komandası telefonlarda istifadə edilməsi üçün bir proqram inkişaf etdirməyi planlaşdırıb. Ancaq, güman etdiklərindən daha xərcli olan əməliyyat sistemi layihəsinə pul çatdıra bilmirlər. Və telefon istehsalçısı "Samsung” ilə razılaşıb yollarına davam etmək istəyirlər.
Komandası ilə  "Samsung”un fəaliyyət göstərdiyi Cənubi Koreyaya gedən Rubin, əlindən gələni etsə də "Samsung”un rəhbərliyini "Android”in uğurlu olacağı barədə inandırmağa nail ola bilmir. Üstəlik "Samsung”un komandası onları lağa qoyub.
Sonra "Google”a gedərək şanslarını yenidən sınamağa cəhd edən Rubin və komandası gözlənilməz bir şəkildə  "Google”dan müsbət cavab alırlar və "Android” beləliklə "Google”ın tərkibinə qatılır. "Google” "Android” üçün 50 milyon dollar ödəyib.
"Android” əməliyyat sistemi ilə işləyən ilk telefon HTC Dream modeli  2008-ci ildə satışa təqdim olunmuşdur.
Endi Rubin 2013-ci ilin Mart ayına qədər "Google” şirkətinin Mobil və Rəqəmsal Məzmunlar departamentinin sədr müavini olaraq işləyir. Bu tarixdən sonra "Android” layihəsindən ayrılmış və "Google”ın robot hissəsinin başına keçmişdir. 2014-ci ilin sonunda Endi Rubin "Google”dan tamamilə ayırılmışdır.
Hazırda "Android.” mobil cihazlarda ən çox istifadə edilən əməliyyat sistemidir.
Endi Rubin isə son günlərdə yenidən gündəmdədir.  Yartdığı "Essential” şirkəti tərəfindən uzun müddətdir davam edən işlər nəticəsində "Essential Phone” ağıllı telefonu təqdim edilib. Satışa çıxması tarixi hələ məlum olayan "Essential Phone” telefonunun Samsung və Apple kimi şirkətlərin telefonlarına rəqib olub-olmayacağını yaxın gələcəkdə görəcəyik./bizplus.az
 

OXŞAR XƏBƏRLƏR

Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər verir ki, Füzuli ...

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...