Əmmamə qalmaqalına görə üzr istənildi

Dünya
18:33 / 12.05.2018
3271
Ağ Ev
administrasiyası Deetroyt aeroportunda olan hadisəyə görə kanadalı nazir Navdip Beynsdən üzr istəyib.
Sfera.az xəbər verir ki, bu haqda fransız qəzeti "La Press” yazıb.
Məsələ
ondadır ki, 2017-ci ilin aprelində ABŞ-da rəsmi görüşlər keçirib Torontoya qayıdan Navdip Beyns təhlükəsizlik xidməti tərəfindən başındakı əmmaməyə görə daha çox yoxlanılıb.
Qeyd
edək ki, Hindistan əsilli Beyns sikxdir. Bu dinin daşıyıcıları ənənəvi olaraq
belə baş geyimi daşıyır.
Kanadalı
nazir etiraz edərək deyib ki, metalaxtaran varkən əmmamənin çıxarılmasına ehtiyac yoxdur.
Yalnız diplomatik pasport çıxardıqdan sonra
onu təyyarəyə buraxıblar.