Lənkəranskinin adamlarını güllələyən millinin futbolçusu imiş - VİDEO

Lənkəranskinin adamlarını güllələyən millinin futbolçusu imiş - VİDEO
Martın 30-na keçən gecə Ukraynanın Xarkov şəhərində yerləşən "Ağdam” restoranının qarşısında kalaşnikov avtomatından atəş açaraq bir Azərbaycan vətəndaşının ölümünə səbəb olan killerlər saxlanılıb.

Sfera.az Yenicag.az-a istinadən xəbər verir ki, onlardan biri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Haqverdi Yusifovdur. Kriminal aləmdə "Malış Dnepr” ləqəbi ilə tanınan Yusifov Moldova üzərindən Ukraynadan Türkiyəyə qaçarkən saxlanılıb.

Saxlanılan digər 32 yaşlı şəxsin azərbaycanlı olduğu dəqiq bilinsə də, adı hələlik məlum deyil. Sözügedən şəxslər barədə 72 saatlıq həbs qərarı çıxarılıb. Onlar yerli hüquq-mühafizə orqanları tərəfindən Ukraynaya təhvil veriləcək.

Qeyd edək ki, silahlı hücum edənlərin "Lotu Quli” ləqəbi ilə tanınan "qanuni oğru” Nadir Səlifovun briqadasının üzvləridir. Haqverdi İsayevin hətta bir müddət əvvəl "Lotu Quli” ilə birlikdə çəkilmiş şəkili də yayılmışdı.

Xatırladaq ki, "Ağdam” restoranından çıxan bir qrup qafqazlı restoranın qarşısında dayanmış avtomobildəki silahlı şəxslər tərəfindən atəşə tutulub. Avtomobildə 4 nəfər olub. Onlardan ikisi kalaşnikov avtomatı ilə restorandan çıxanlara yaylım atəşi açıb. Bu zaman Azərbaycan vətəndaşı, Xarkov bazarlarının birində ticarətlə məşğul olan 32 yaşlı İsmayılov Zaur Əziz oğlu ölüb. Əvvəllər qətlə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə yaralanıb. Hücuma məruz qalanlar isə 2016-cı ildə İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin tərəfdarları olub.



OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...