Pompeodan Şimali Koreyaya sülh təklifi

Pompeodan Şimali Koreyaya sülh təklifi
ABŞ dövlət katibi Mayk Pompeo Cənubi Koreya xarici işlər naziri Kanq Kyunq-va ilə Dövlət Departamentinin binasında birgə mətbuat konfransı təşkil edib.

Sfera.az xəbər verir ki, Kim Çen İnlə aparılan sülh danışıqlarına şərh verən Pompeo "Şimali Koreya stabil və geri qayıdışı olmayan şəkildə nüvə silahlarının təmizlənməsinə razı olarsa, Şimali Koreya xalqının yaxşı gələcəyi olacaq”, - deyib.

Pompeo ABŞ prezidenti Donald Trampın 12 iyunda Şimali Koreya lideri Kim Çen İnlə Sinqapurda görüşəcəyini də bildirib. Görüşün məqsədi Şimali Koreya ərazisinin nüvə silahlarından təmizlənməsi olacaq.

Sfera.az


OXŞAR XƏBƏRLƏR